Suriya müxalifəti İrana müharibə elan etdi
Bizi izləyin

Dünya

Suriya müxalifəti İrana müharibə elan etdi

"Bəşər Əsədlə müharibə bitdi, İranla savaşırıq".

Axar.az xəbər verir ki, bu barədə danışan suriyalı müxalifətçi Mustafa Sahbağ Əsədin gücünün tükəndiyini bildirib.

Suriyalı müxalifətçi beynəlxalq ictimaiyyət tərəfindən verilən öhdəliklərin yerinə gətirilməməsinin Suriya müxalifətinin digər silahlı qruplarla əlaqə yaratmaqda çətinlik törətdiyini qeyd edib.

Bəşər Əsədin öz xalqını gözünü qırpmadan öldürdüyünü və aya 1 milyard dollar dəstək aldığını qeyd edən Sahbağ 2 il müddətində müxalif qruplara cəmi 300 milyon dollar yardım edildiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm