Kral ailəsi ABŞ-a gedib
Bizi izləyin

Dünya

Kral ailəsi ABŞ-a gedib

Britaniya şahzadəsi Uilyam və xanımı Keyt bazar günü ilk dəfə Nyu-York şəhərinə gəliblər.

Publika.az xəbər verir ki, Keyt şəhərin meri Bil de Blasionun xanımı ilə birlikdə Nyu-York şəhərinin uşaq inkişaf mərkəzini ziyarət edir.

Uilyam isə Vaşinqtonda prezident Barak Obama görüşəcək. O həmçinin Dünya Bankında vəhşi heyvanların qeyri-qanuni qaçaqmalçılığına qarşı konfransda çıxış edəcək.

Daha sonra Kral cütlüyü Bruklində basketbol oyununa baxmaq üçün bir araya gələcək.

Onlar həmçinin 11 Sentyabr hadisələrində həlak olanların abidəsini ziyarət etməyi planlaşdırır. Uilyam və Keyt tələbə olduqları zaman tanış olduqları St. Andrews in Scotland Universitetinin vəsait toplanışı tədbirinə qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm