“Hüsnü Mübarək ölməyib, o, sadəcə azadlığa çıxmaq istəyir...“
Bizi izləyin

Dünya

“Hüsnü Mübarək ölməyib, o, sadəcə azadlığa çıxmaq istəyir...“

Dünən axşam Misirin yerli dövlət və müstəqil xəbər agentlikləri keçmiş prezident Hüsnü Mübarəkin kliniki ölüm keçirdiyi xəbərini yayıblar.

Publika.Az-ın məlumatına görə, rəsmi "MENA xəbər agentliyi Hüsnü Mübarkin halının birdən-birə pisləşdiyini, kliniki ölüm keçirdiyini və həbsxana xəstəxanasından hərbi xəstəxanaya köçürüldüyünü bildirib.

Amma bu gün səhər Misirin rəsmiləri bu xəbəri təkzib ediblər.

Ömürlük həbsə məhkum edilən və Tora həbsxanasında saxlanılan Misirin keçmiş prezidenti bir çox xəstəliklərdən - depressiya, infarkt və xərçəngdən əziyyət çəkir.

Lakin müxalifət aktivistləri bütün bunları qurama sayır, əsas məqsədin Hüsnü Mübarəki həbsxanadan çıxarmaq olduğunu iddia edirlər.

Gülər

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm