Ukraynada separatçılar tərəfində vuruşan azərbaycanlı saxlanıldı
Bizi izləyin

Dünya

Ukraynada separatçılar tərəfində vuruşan azərbaycanlı saxlanıldı

Donetsk vilayətində terrorçular tərəfində vuruşmuş Azərbaycan vətəndaşı saxlanılıb.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Donetsk vilayətinin prokurorluğunun mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, Azərbaycan vətəndaşı “Donetsk Xalq Respublikası” terror təşkilatının xeyrinə kəşfiyyat tapşırıqlarını yerinə yetirib. Onun 39 yaşlı bir əcnəbidən hərbi təlim aldığı deyilir. Adı açıqlanmayan Azərbaycan vətəndaşı bundan sonra “Donetsk Xalq Respublikası”nın tərkibində fəaliyyət göstərən “Qala" terror qrupunun kəşfiyyat bölməsinə daxil edilib.

“Əcnəbilərin daxil olduğu döyüş qrupunun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqelərin müəyyənləşdirilməsi və əldə olunan informasiyaların “Donetsk Xalq Respublikası” terror təşkilatına ötürülməsi olub. Bu informasiyalardan Ukrayna qoşunlarının mövqelərinə zərbələrin endirilməsi üçün istifadə olunub. Xarici dövlətin vətəndaşı Yasinovatskiy rayonu ərazisində növbəti tapşırığın yerinə yetirilməsi zamanı Ukraynanın hərbi qulluqçuları tərəfindən saxlanılıb", - prokurorluğun xəbərində deyilir.

Saxlanılan Azərbaycan vətəndaşı barəsində Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddənin 3-cü hissəsi ilə (terror təşkilatında iştirak) cinayət işi açılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm