Yaponiyada hakim partiya seçkiləri udub
Bizi izləyin

Dünya

Yaponiyada hakim partiya seçkiləri udub

Yaponiya mətbuatının keçirdiyi exit-poll Baş nazir Şinzo Abenin hakim koalisiyasının parlamentin aşağı palatasına erkən seçkilərdə qəti qələbə əldə ediyini göstərir.

Publika.az xəbər verir ki, Yaponiya mətbuatının açıqladığı proqnozlar bazar günü səsvermə məntəqələrinin bağlanmasından az sonra keçirilən sorğuya əsaslanır.

Proqnozlara əsasən, iqtidarda olan Liberal Demokrat partiyası və onun müttəfiqi olan Komeito partiyası parlamentin aşağı palatasında yerlərin üçdə ikisini alaraq çoxluq əldə edib.

Abe büdcə-vergi sisteminin stimullaşdırılması və struktur islahatlara dair “Abenomics” adlanan strategiyasına mandat almaq üçün seçkilərin vaxtından iki il əvvəl keçirilməsinə çağırmışdı.

Yeni mandat Abenin növbəti dörd il ərzində ölkənin olduqca böyük borcunun azaldılması və kənd təsərrüfatı sektorunun yenidən qurulması da daxil olmaqla mürəkkəb islahatları həyata keçirməsinə imkan verəcək.

Abe 2012-ci ildə Yaponiyanın durğunluq dövrünü yaşayan iqtisadiyyatını dirçəltmək vədləri ilə ikinci müddətə baş nazir seçilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm