Əl-Qaidə Yəməni partlatdı: 25-ölü
Bizi izləyin

Dünya

Əl-Qaidə Yəməni partlatdı: 25-ölü

Yəmən paytaxtının cənubunda, husi üsyançılarının əlində olan ərazidə iki avtomobilin partlatması nəticəsində ən azı 25 nəfər həlak olub.

Publika.az-ın məlumatına görə, üsyançıların Associated press informasiya agentliyinə verdiyi məlumata görə, hadisə zamanı ölənlərin 15-i məktəblidir. Partlayışın arxasında əl-Qaidənin durduğu güman olunur. Hadisə zamanı ölən digər 10 nəfərin mülki şəxs və ya üsyançı olduğu hələlik məlum deyil. Hücumun hədəfinin husilərin yerli tayfa başçısı Abdullah İdrisin evi olduğu ehtimal edilir.

Qeyd edək ki, husilər son zamanlar ölkənin bır sıra strateji şəhərlərini və paytaxtın bəzi rayonlarını ələ keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm