Poroşenko oliqarxlara müharibə elan etdi
Bizi izləyin

Dünya

Poroşenko oliqarxlara müharibə elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Polşaya səfəri zamanı bu ölkənin “Gazeta Wyborcza” qəzetinə verdiyi müsahibəsində oliqarxların hakimiyyətinə təsirindən danışıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı hakimiyyəti oliqarxların təsirindən qoruyacağına söz verib.

“Əgər kimsə siyasətə qarışmağa, şəxsi sərvətini zənginləşdirmək üçün hakimiyyətdəki mövqeyindən istifadə etməyə çalışacaqsa, biz buna qətiyyətlə reaksiya verəcəyik”, - Poroşenko bildirib.

Qeyd edək ki, Poroşenkonun özü də Ukraynanın iri oliqarxlarından sayılır. “Forbes” jurnalının qiymətləndirməsinə görə, onun 1,3 milyard dollarlıq sərvəti var. O, prezident seçkilərində qələbə qazanacağı halda əmlakını satacağına söz verdi. Ancaq satış indiyə qədər həyata keçirilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm