Dünya
Ərdoğan Obamaya Qarabağdan danışıb
Martın 25-də Cənubi Koreyanın paytaxtı Seulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında keçirilən görüşdə bir sıra ciddi məsələlərə toxunulub.
Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,
görüş zamanı hər iki ölkə başçısı bir sıra beynəlxalq məsələlərlə
yanaşı Dağlıq Qarabağ problemi haqda da danışıblar. Türkiyə baş
naziri Obamaya bu problemin 20 ildən artıqdır həll olunmadığını
söyləyib.
Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə açıqlama verən
Ərdoğan deyib: "Ermənistanla Azərbaycan arasındakı problemdə Minsk
üçlüyünün 20 ildir bu məsələni həll edə bilmədiyini xatırlatdım.
Bir təklif də verdim. Hərçənd ki, bu məsələ dalana dirənib, lazım
olsa mən azərilərlə danışım, Fransa, Rusiya və siz də ermənilərlə
danışıb, onları yola gətirin ki, bu məsələni həll edək dedim".
Publika.Az
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı