NATO-nun yolunu açan qanun layihəsi parlamentə göndərildi
Bizi izləyin

Dünya

NATO-nun yolunu açan qanun layihəsi parlamentə göndərildi

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin bloklara qoşulmamaq siyasətindən imtinası haqqında qanun layihəsini Ali Radanın müzakirəsinə təqdim edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

Ukraynanın yeni Ali Radasının noyabrın 27-də keçirilən ilk iclasında prezident Pyotr Poroşenko bildirib ki, 2010-cu ildə elan edilmiş Ukraynanın bloklara qoşulmamaq siyasəti ölkənin ərazi bütövlüyünə zəmanət verməyi bacarmadı. O, qeyd edib ki, bu siyasətdən imtina etmək lazımdır. Poroşenko həmçinin qeyd edib ki, Ukraynanın NATO-da olub-olmayacağını məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək.

Qeyd edək ki, Ukrayna bloklara qoşulmamaq barədə qərarı 1 iyul 2010-cu ildə qəbul edib. Qanun istənilən hərbi-siyasi ittifaqlarda, o cümlədən NATO-da Ukraynanın iştirakını qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm