Ermənistanda dram faciəsi
Bizi izləyin

Dünya

Ermənistanda dram faciəsi

Rusiya ilə birlikdə Ermənistan da çökür.

Publika.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bütün ərzaq məhsulları kənardan gəliyinə görə, dramın ucuzlaşması ərzq qıtlığına səbəb olub. Ötən gün İrəvanın ticarət müəssisələrində qənd tozu almaq mümkün olmayıb. Şəkər tozu üçün mağazalara üz tutanlara anbarda olanın satılıb qurtardığını, yeni ehtiyatların nə vaxt gətiriləcəyinin məlum olmadığı bildirilib.

Bir neçə saat ərzində qiymətlər 15, 20, bəzən 30-40 faizədək artıb.

“Hər şey bahalaşıb, çörəkdən tutmuş televizora kimi", - İrəvanın ən iri market satıcılarından biri deyib.

"Tədarükçü hər gün qiymətləri qaldırır. Dünən günortaya kimi şəkər tozunu 360 drama satmışıq, sonra 400, 450 drama qaldırmağa məcbur olduq”, - o əlavə edib.

Bəzi mağazalarda isə şəkər tozunun qiyməti 500-550 drama qədər bahalaşıb.

“Ermənistana çox şey kənardan gətirilir. Dollarla alıb, dramla bizə verirlər. Tədarükçü bilmir nə qiymət qoysun. Dramımız da ki bir səviyyədə dayanmır, az qala hər saat ucuzlaşır”, - satıcı deyib.

İrəvan sakinlərinin dediyinə görə, mağazalarda şəkər tozu ilə yanaşı un da tapılmır.

“Həmişə 600 drama aldığım unu 900 drama aldım, 400 dram olan yağ indi 1000 dram olub”- Knarik adlı qadın qeyd edib.

Unun qiyməti bir sutka ərzində 40 faizədək artıb. Un məhsulları və çörək son iki həftə ərzində ikinci dəfə, növündən asılı olaraq, daha 10-15 faiz bahalaşıb. Həm bitki, həm kərə yağı növlərinin və şirniyyatın qiymətləri də artmaqda davam edir.

Dramın ucuzlaşması səbəbindən İrəvan mağazalarında məişət texnikasının qiymətləri də 30 faizədək artıb.

Hazırda Ermənistanda 1 ABŞ dolları 560, 1 avro 685-700, 1 funt sterlinq 750 dramdı. Bu da son bir ay ərzində Ermənistan milli valyutasının 35 faizdən də çox dəyərdən düşdüyünü göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm