Dünya
Belarusdan təcili valyuta nəzarəti – Rusiya qorxusu yaranıb
Belarus Milli Bankı ölkədə təcili valyuta nəzarəti tətbiq edib.
Publika.az-ın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Bankın saytında deyilir.
Məlumatda bildirilir ki, qərar ölkədə xarici valyutaya artan tələbata, həmçinin qonşu dövlətlərdə, ilk növbədə Rusiyadakı iqtisadi situasiyaya əsaslanaraq qəbul edilib. Milli Bankın qərarında deyilir ki, şirkətlər və banklar birjada valyutanın alınması üçün kredit təşkilatlarına komissiya şəklində 30 faizlik yığım ödəyəcəklər. Ödənilən vəsaitlər dövlət büdcəsinə yönəldiləcək. Valyuta nəzarəti rejiminin hansı vaxta kimi qüvvədə olacağı dəqiqləşdirilmir.
Bundan başqa, ixracatçı şirkətlər valyuta gəlirinin yarısını dövlətə satmağa məcbur edilir.
"Görülən tədbirlər xarici valyutaya yüksələn tələbat şəraitində valyuta bazarını tənzimləməyə və spekulyativ əhvali-ruhiyyələrin artmasına imkan verməməyə xidmət edir”, - Milli Bankın xəbərində deyilir.
Belarus hökumətində isə əhalinin xarici valyutaya olan yüksək tələbatını əsassız hesab edirlər.
“Valyuta mübadiləsi məntəqələrində saatlarla durmaq və özlərinə problemlər yaratmaq üçün əsaslar yoxdur" - Belarus baş nazirin müavini Pyotr Propokoviç bildirib.
O həmçinin qeyd edib ki, Belarus rublunun devalvasiyası olmayacaq.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR