Dünya
Kiberhücuma görə Şimali Koreyaya yeni sanksiyalar tətbiq olundu
Sony Pictures şirkətinə kiber hücuma cavab olaraq ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az-ın məlumatına görə, Prezident Barack Obama üç Şimali Koreya şirkətinə və 10 şəxsə qarşı sanksiyalara icazə verən sərəncam imzalayıb. Ağ Ev-dən verilən açıqlamada bu addımın Şimali Koreyanın təxribatçı, stabilliyi pozan və repressiv fəaliyyətinə cavab olaraq atıldığı bildirilib.
Şimali Koreyanın nüvə proqramına görə ABŞ sanksiyaları artıq mövcud idi. Amma ilk dəfədir ki, ABŞ Amerika şirkətinə edilən kiber hücuma görə hər hansı ölkəni cəzalandırıb.
Sanksiyalarda aşağıdakıların adları çəkilir:
Baş Kəşfiyyat Bürosu: Şimali Koreyanın əsas kəşfiyyat qurumu;
Komid: Şimali Koreyanın əsas silah alverçisi;
Jang Song Chol: Komid-in Rusiyadakı təmşilçisi və hökumət rəsmisi;
Kim Yong Chol: Şimali Koreya hökumət rəsmisi və Komid-in İrandakı nümayəndəsi;
Ryu Jin və Kang Ryong: Komid rəsmiləri və Suriyada fəaliyyət göstərən hökumət rəsmiləri.
Ağ Ev-in açıqlamasında bildirilir ki, sanksiyalar Sony hücumuna cavab olaraq tətbiq olunsa da, hədəfə alınan şəxslər və qurumların kiber hücuma birbaşa aidiyyatı yoxdur. Sadəcə olaraq sanksiyalar gələcək kiber hücumlardan çəkindirmək üçün Şimali Koreyanın müdafiə sənayesini daha da təcrid etmək məqsədini daşıyır.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi