Liviyada naməlum təyyarə Yunanıstan tankerini vurdu
Bizi izləyin

Dünya

Liviyada naməlum təyyarə Yunanıstan tankerini vurdu

Naməlum hərbi təyyarə Liviyanın Derna limanında dayanan neft tankerinə hücum edib.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstanın sahil mühafizəsindən bildirilib.

Liberiya bayrağı altında üzən ARAEVO tankeri Yunanıstanın “Aegean Shipping Management” şirkətinə məxsusdur. Tankerdə 12 min 600 ton xam neft, 21-i Filippin, 2-si Rumınıya və 3-ü Yunanıstan vətəndaşı olmaqla 26 heyət üzvü olub. Hücum nəticəsində Yunanıstan və Rumıniyanın hərəsinin bir vətəndaşı həlak olub, iki filippinli yaralanıb.

Tankerə raket atılmasına baxmayaraq, neft dağılmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm