Dünya
"Terrorçu” olduğunu KİV-dən öyrəndi, təslim oldu
Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumda şübhəli hesab olunan Həmid Murad günahsız olduğunu bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Murad üç silahlı şəxsin jurnalın redaksiyasına hücüm etdiyi vaxt Reymsdəki liseydə olduğunu iddia edib.
Fransa mediasının yazdığına görə, bir neçə şahid də terror aktının baş verdiyi zaman Muradı başqa yerdə görüb. Buna baxmayaraq, o, əvvəlki kimi nəzarət altında saxlanılır. Adının terror aktının törədilməsində iştirakda şübhəlilər siyahısında görən Murad könüllü olaraq polisə təslim olub.
Şübhəli şəxslər siyahısında Muraddan başqa, Şerif və Səid Kuaşi qardaşları da var. Onların axtarışları davam edir. Fransız KİV-nin məlumatına görə, onlar 2014-cü ildə Suriyadan qayıdıb. Şübhəlilərin bu ölkədə döyüş əməliyyatlarında iştirak etdiyi ehtimal olunur.
Fransanın baş naziri Manuel Vals terror aktında şübhəli hesab olunan bir neçə şəxsin tutulduğunu açıqlayıb. Amma o, əsas şübhəli şəxslərin - Şerif və Səid Kuaşi qardaşlarının əvvəlki kimi azadlıqda olduğunu bildirib.
Nazir tutulan şəxslərin sayını açıqlamayıb. Amma “Agence France-Presse” agentliyi Fransanın daxili işlər naziri Bernar Kaznevin bəyanatına istinadən yeddi nəfərin tutulduğunu xəbər verib. Eyni zamanda axtarışda olan şəxslərdən biri Belçika sərhədini keçib. Onun qohumu olan bir kişi saxlanılıb.
Ömər Dağlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO