Dünya
İndoneziya 61 istiqamətdə uçuşları dayandırdı
İndoneziya hökuməti beş aviaşirkətin 61 istiqamətdə uçuşlarını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə İndoneziyanın nəqliyyat naziri İqnasius Conan bildirib. Onun sözlərinə görə, buna səbəb aparılan yoxlamalar zamanı aviaşirkətlərin fəaliyyətində aşkar edilmiş çoxsaylı pozuntulardır.
Aviaşirkətlərin genişmiqyaslı yoxlanılmasına səbəb “AirAsia” şirkətinə məxsus təyyarənin uçuş cədvəlində aşkar olunan pozuntu olub. Nəqliyyat Nazirliyi təsdiq edib ki, daşıyıcı şirkət həmin gün uçmaq hüququna malik olmayıb.
Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan