Dünya
Dövlət xəstəxanasında rəzalət
Xəstə və yaralıların xəstəxanaya aparılması üçün istifadə edilən təcili yardım maşınlarının başqa məqsədlərlə istifadə edildiyi müəyyən edilib.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Eyüp Dövlət Xəstəxanasında baş verib.
Tualet kağızından dəmirə əşyalara qədər müxtəlif ləvazimatların saxlanıldığı təcili yardım maşınları bəzən işçilərin evə aparılması üçün istifadə edilir. Xəstəxana rəhbərliyi isə xəbərlə bağlı verdiyi açıqlamada həmin maşınların xəstələr üçün uyğun olmadığını deyib: “Onsuz da, xəstəxanamızın təcili yardım xidməti göstərmək səlahiyyəti yoxdur. Bu maşınlarda əşyaları daşımaqla bağlı da heç bir qayda yoxdur. Onsuzda köhnə, istifadəyə yararlı olmayan maşınlardır və əsasən müxtəlif əşyaların daşınması üçün istifadə edirik. Maşınlar boş olanda əməkdaşlarımızı daşımaq xidməti göstərir. Bəzən evdə müalicə olunan xəstələrə baş çəkən həkimlər də bu maşınlardan istifadə edir. Çünki onların əşyaları çox olur və hər dəfə əlavə maşın tutmaq əvəzinə bu maşınlardan istifadə edirik. Bəzən qonşu xəstəxanalar yeni cihaz alanda bu maşınlarla daşıyırıq”.
Rəhbərlik maşınlar üçün verilən vəsiqənin təcili yardım maşınına uyğun olduğunu deyib. O, vəsiqələrin bu vaxta qədər dəyişdirilməməsini bu sahədəki prosedur qaydalarının uzun çəkməsi ilə əlaqələndirib.
Gülxar
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq