İki neft ixracatçısı qiymətləri tənzimləmək üçün razılığa gəldi
Bizi izləyin

Dünya

İki neft ixracatçısı qiymətləri tənzimləmək üçün razılığa gəldi

Dünyanın nəhəng neft ixracatçılarından olan Səudiyyə Ərəbistanı və Venesuela bu gün neft qiymətinin bərpa olunması ilə bağlı birgə fəaliyyətə qərar veriblər.

Axar.az xəbər verir ki, bu barədə Venesuela İqtisadiyyat naziri Rodolfo Marko Torres məlumat açıqlayıb. Nazir Tvitter hesabından bildirib ki, hazırda Səudiyyə Ərəbistanında səfərdə olan Venesuela Prezidenti Nikolas Madura ilə bu ölkənin Energetika naziri Əli Naimi arasında görüş olub:

“Bu möhtəşəm görüşdə biz neftin qiymətinin bərpası üçün birgə işləmək razılığına gəldik”.

Xatırladaq ki, Maduro neft qiymətlərini bərpa etmək üçün səfərə çıxıb: İrandan Səudiyyə Ərəbistanına gələn Venesuela prezidentinin burdan Qətər və Əlcəzairə gedəcəyi bildirilir.

Hazırda dünya bazarında Brent markalı neftin bir barreli 49,7 dollardır. Neftin qiyməti düşməkdə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm