Davos Forumunda Fransadakı terror müzakirə ediləcək
Bizi izləyin

Dünya

Davos Forumunda Fransadakı terror müzakirə ediləcək

Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumun iş günlərindən biri ekstremizmə qarşı mübarizə probleminə həsr ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun icraçı-direktoru və idarə heyətinin üzvü Filip Rösler mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yanvarın 23-də keçiriləcək iclas Fransadakı terror aktına həsr olunacaq. Fransa Prezidenti Fransua Olland plenar iclasda çıxış edəcək. Sonra İordaniya kralı, İraqın baş naziri və nəhayət, ABŞ dövlət katibi Con Kerri də bu mövzu ilə bağlı öz fikirlərini bölüşəcəklər.

Forumda 2500-ə yaxın biznesmen, siyasətçi, QHT nümayəndələri və ekspertlər, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm