Ruslar Fransanı partladır? Beş Rusiya vətəndaşı saxlanıldı
Bizi izləyin

Dünya

Ruslar Fransanı partladır? Beş Rusiya vətəndaşı saxlanıldı

Fransanın cənubunda beş Rusiya vətəndaşı saxlanılıb. Onlar terror aktı hazırlığında təqsirkar bilinirlər.

Publika.az-ın ria.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə prokuror İvon Kalve məlumat verib. Onun sözlərinə görə, saxlanılanların hamısı milliyyətcə çeçendir.

Hadisə dünən gecə saatlarında Fransanın Bezde şəhərində baş verib.

Şübhəlilər Ero departamentinin Bezye şəhərində saxlanılıb. Axtarışlar zamanı onların yanında partlayıcı maddələr aşkar edilib.

BFMTV telekanalı isə dəqiqləşdirib ki, saxlananların yaşı 24-dən 37-ə qədərdir. Onların Fransanın ərazisində və yaxud ölkə xaricində terror aktlarını planlaşdırdığı məlum deyil. Rusiyanın Parisdəki səfirliyinin nümayəndəsi isə RİA xəbər agentliyinə açıqlamasında hadisə barədə informasiyaya malik olmadığını bildirib.

Qeyd edək ki, Rusiyanın Fransadakı səfirliyndən rusların həbs olunması ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm