İŞİD-ə silah aparan vertolyot kimindir? – MÜƏMMA
Bizi izləyin

Dünya

İŞİD-ə silah aparan vertolyot kimindir? – MÜƏMMA

İraqın Diyala vilayətində İŞİD terror təşkilatının nəzarəti altındakı bölgəyə kimə aid olduğu məlum olmayan vertolyot enib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında baş verib.

Yerli sakinlər vertolyotun işğal altındakı Sınsil və Hanbes kəndlərinə silah çatdırdığını bildiriblər. Diyala vilayətinin Məclis başçısı Haci Musenna da kimə aid olduğu bəlli olmayan bir vertolyotun yarım saatlıq eniş etdiyini deyib. O əlavə edib ki, təhlükəsizlik gücləri də vertolyotun endiyini görüblər.

Haci Musenna vertolyotun İŞİD üzvlərinı daşıdığı, yaxud da silah gətirdiyi barədə dəqiq məlumatlarının olmadığını vurğulayıb.

Xatırladaq ki, 26 dekabr 2014-cü ildə yerli media bir təyyarənin İŞİD-in işğalı altında olan Səlahəddin vilayətinin Hazire bölgəsinə paraşütlə paket buraxdığını göstərən görüntüləri yayımlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm