Moskva Obamaya cavab verdi
Bizi izləyin

Dünya

Moskva Obamaya cavab verdi

“Rusiyanı təcrid etmək cəhdləri nəticə verməyəcək”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Barak Obamanın Konqresdəki çıxışını şərh edərkən deyib.

"Rusiyanın təcrid edilməsinə dair çağırışlar səslənir, xüsusən bunu Barack Obama bəyan edib. Prezident Vladimir Putin deyib ki, Rusiya heç vaxt özünütəcrid yolunu tutmayacaq", - Sergey Lavrov bildirib.

.

Sergey Lavrov deyib ki, Donbas regionundakı münaqişənin həlli yalnız Ukrayna ərazi bütövlüyünün təmin edilməsi çəriçivəsində mümkündür.

Rusiya diplomatının sözlərinə görə, Moskva Ukraynanın şərqində atəşkəsə nail olmaq istəyir.

Kreml dəfələrlə bildirib ki, onun rəsmi mövqeyi Ukrayna ərazi bütövlüyünə dəstək verməkdən ibarətdir.

Qeyd edə ki, Barak Obama Konqresdə çıxışı zamanı ABŞ-da iqtisadi böhranın başa çatdığını, Ruiyanın isə təcrid olunduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm