Rusiya Ukraynalı qadın əsiri azad etmədi
Bizi izləyin

Dünya

Rusiya Ukraynalı qadın əsiri azad etmədi

Rusiya Avropa Şurasının Parlament Assambleyasının yanvarın 26-da Strasburqda keçiriləcək sessiyasına qədər ukraynalı təyyarəçi Nadejda Savçenkonu azad etməyəcək.

Publika.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə AŞPA-nın Rusiya üzrə məruzəçisi Andreas Qross bildirib.

Qross yanvarın 23-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə danışıqlardan sonra bu qənaətə gəlib: “Savçenkonun günahkar olub-olmadığı məsələsinə aydınlıq gəlməyənə kimi onun azad edilməsi şansı yoxdur. Narışkin həqiqətən də elə fikirləşir ki, Savçenko jurnalistlərin ölümündə iştirak edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm