İrəvan ayağa qalxdı: erməni baş nazir çölə çıxmaqdan qorxur - VİDEO
Bizi izləyin

Dünya

İrəvan ayağa qalxdı: erməni baş nazir çölə çıxmaqdan qorxur - VİDEO

Ermənistan hökumətinin binası qarşısında bu dəqiqələrdə sahibkarların etiraz aksiyası keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, minlərlə kiçik və orta sahibkar “Dövriyyədən vergi haqqında” qanuna etiraz edirlər.

Etirazçılara təklif olunub ki, onlardan 10 nəfərlik qrup baş nazirlə görüşsün. Lakin binanın qarşısına toplaşanlar tələb edir ki, baş nazir həyətdə hamı ilə görüşsün.

“Xalq baş nazirin səsini eşitmək istəyir. Qoy çölə çıxsın və bizimlə danışsın”, - sahibkar Artak Xaçatryan deyib.

Qeyd edək ki, Ermənistanda “Dövriyyədən vergi haqqında” qanun oktyabrın birindən qüvvəyə minib. Bu da bir çox erməni sahibkarların müflisləşəcəyi anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm