Dünya
Kennedinin qatilinin tabutu onun qardaşına verildi
ABŞ-ın Texas ştatının məhkəməsi keçmiş prezident Con Kennedinin qatili Li Harvi Osvaldın tabutu ilə bağlı qərar verib.
Publika.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, məhkəmə tabutun dəfn bürosuna deyil, onun qardaşı Robert Osvalda məxsus olduğu qərarına gəlib.
Hakim qərara gəlib ki, dəfn bürosunun rəhbərliyi Li Harvi Osvaldın birinci tabutunun saxlanıldığını onun qardaşından qəsdən gizlədib.
Qeyd edək ki, Osvald Kennedinin ölümündən iki gün sonra gecə klubunun sahibi Cek Rubi tərəfindən vurulub. Onun cəsədi Fort-Uerta qəbiristanlığında gizlədilib. Ancaq 1981-ci ildə Osvaldın cəsədi yeni tabuta salınaraq qəbrinin yeri dəyişdirilib. Köhnə tabut isə dəfn bürosunun anbarında qalıb.
Dəfn bürosunun yeni sahibi hərrac evi vasitəsilə tabutu satışa çıxarıb və alıcı tabut üçün 87 min 468 dollar ödəyib. Amma mərhumun qardaşı 80 yaşlı Robert Osvald hərracı dayandırmaq tələbi ilə məhkəməyə müraciət edib. Osvald bildirib ki, tabut onun əmlakının bir hissəsidir. Nəticədə, tabut Robert Osvald və dəfn bürosu arasında təhqiqatla əlaqədar hərrac evinin anbarında saxlanılıb.
XX əsrin ən məşhur qətl hadisəsi 1963-cü il noyabrın 22-də ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib. ABŞ-ın 35-ci prezidenti Con Kennediyə qarşı təşkil edilən və təsadüfən lentə alınan bu sui-qəsd üstündən yarım əsr keçməsinə baxmayaraq, hələ də müəmmalı və sirli olaraq qalır. Hadisə ilə bağlı geniş araşdırma aparılmasına baxmayaraq, istintaq qətlin səbəbini və sifarişçilərini müəyyən edə bilməyib.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan