Sarkozi Krımın ilhaqını tanıdı
Bizi izləyin

Dünya

Sarkozi Krımın ilhaqını tanıdı

Fransanın keçmiş prezidenti Nikolas Sarkozi Rusiyanın bir hissəsi olmaq istəyən Krım sakinlərinin arzusuna hörmət etməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezident “Xalq Hərəkatı Birliyi" partiyasının qurultayının iştirakçılarına etdiyi müraciətində Krım sakinlərinin seçim hüququnun olduğunu bildirib.

“Krım Rusiyanı seçdi. Biz bunun üçün Krım sakinlərini qınaya bilmərik", - Sarkozi deyib.

Yeni “soyuq müharibə”ni heç kimin arzulamadığını deyən Sarkozi hesab edir ki, Ukrayna Avropa Birliyinin üzvü olaraq deyil, Rusiya və Avropa arasında körpü kimi daha əhəmiyyətli ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm