Dünya
Ərdoğan Gülən tərəfdarlarını partiya yaratmağa çağırır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarlarını demokratik yolla siyasi mübarizə aparmaq üçün partiya yaratmağa çağırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Milliyet" qəzeti xəbər yayıb.
Ərdoğanın sözlərinə görə, Gülən tərəfdarları bələdiyyə seçkiləri ərəfəsində antitəbliğat aparacaqlar.Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.
Ərdoğan qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".
Baş nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi şantajdan istifadə etməklə idarə olunan ölkə deyil.
Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq