ATƏT danışıqlardan geri çəkildi
Bizi izləyin

Dünya

ATƏT danışıqlardan geri çəkildi

Minskdə Ukrayna böhranı üzrə danışıqlar üçtərəfli əlaqə qrupu tərəfindən tam olmayan tərkibdə davam etdirilir.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, üçtərəfli əlaqə qrupunda ATƏT-i təmsil edən Haydi Talyavini danışıqları tərk edib.

Danışıqlarda hazırda Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə “DXR” və “LXR” separatçı qurumlarının nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo iştirak edir.

Xatırladaq ki, üçtərəfli əlaqə qrupunun son toplantısı yanvarın 31-də keçirilib və nəticəsiz başa çatıb. Denis Puşilin və Vladislav Deyneqo bildiriblər ki, Kiyevin onlara verdiyi ultimatumlar danışıqların nəticəsiz başa çatmasına səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm