Dünya
Lari ucuzlaşdı, istehlak malları bahalaşdı
Gürcüstanın milli valyutası – lari son günlər bir qədər
də ucuzlaşıb.
Gürcüstan Milli Bankının məzənnəsinə görə, fevralın 13-də 1
dollar 2,0247 lariyə dəyişdirilib. Lakin qara bazarda larinin
dollara nisbəti daha böyükdür. Fevralın 14-də lari bir qədər də
ucuzlaşacaq.
Milli Bankın məzənnəsinə görə, fevralın 14-də 1 dollar 2,0306 lari
müəyyən olunub. 1 avro 2,3173 lari, 1 ingilis funt sterlinqi 3,1245
lari təşkil edəcək.
Xarici valyutalar içərisində Azərbaycan manatı mövqeyini daha da
möhkəmləndirib. Bu gün 1 manat - 2,5948 lariyə dəyişdirilib.
Fevralın 14-də isə 1 manat 2,6023 lari təşkil edəcək.
Larinin ucuzlaşması ölkədə bəzi istehlak mallarının qiymətinin
artmasına səbəb olub. Qiymət artımı ən çox dərman preparatlarının,
tütün məmulatlarının və spirtli içkilərin satışında qeydə
alınıb.
Analitiklərin fikrinə görə, lari bir az da ucuzlaşacaq və istehlak
mallarının qiyməti bahalaşacaq.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq