Yol polisi xarici işlər nazirini cərimələdi
Bizi izləyin

Dünya

Yol polisi xarici işlər nazirini cərimələdi

Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya sürət həddini aşdığı üçün cərimələnib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nazir maksimal sürət həddi 40 km/saat olan yolda 49 km/saat sürətlə hərəkət edib.

Xatırladaq ki, hadisə 2014-cü ilin sentyabrında baş verib. Naziri saxlayan polislər həmçinin, onun idarə etdiyi maşının texniki baxış talonunun vaxtının yarım il bundan əvvəl bitdiyini də aydınlaşdırıblar.

Nazir deyib: “Bu, əlbəttə, mənim günahımdır. Mən avtomobili texniki baxışdan keçirməmişəm”.

Tuomioya bildirib ki, o, avtomobili texniki xidmət stansiyasına aparıb. Lakin maşının texniki baxışdan keçirilməsi haqda təsdiq almayıb.

Nazir 1359 avro (1548 dollar) dəyərində cərimə olunub. Avtomobil texniki baxışdan keçirilmədiyi üçün isə 3 aylığa müsadirə olunub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm