• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Baxçalını Öcalana dəyişdi...

  • Dünya
  • 17 Fevral 2014 11:50
  • 621 Baxış
Baxçalını Öcalana dəyişdi...

Türkiyənin Diyarbəkir vilayətinin Dəclə mahalında Milliətçi Hərəkət Partiyasından (MHP) bələdiyyə sərliyinə namizəd olan Berzan Tektaş, partiyasından istefa verib. Publika.Az türk mediasına istinadən xəbər verir ki, Tektaşın ailəsi kürdlərdən üzr istəyərək seçkilərdə BDP-ni dəstəklədiklərini deyiblər.

Mövzuya bağlı məlumat verən Tektaşın qardaşı Cəlal Tektaş, qardaşının istefa ərizəsini verməsinə baxmayaraq MHP saytında bunun qüvvəyə girmədiyini söyləyibi. Tektaş, "Biz ailə olaraq bu vəziyyətə görə i xəcalət çəkirik və xalqımızdan üzr istəyirik. Biz ailə olaraq bir daha BDP-ni dəstəklədiyimizi açıqlayırıq" deyib.

MHP-dən verilən açıqlamda isə Tektaş ailəsinin PKK tərəfindən ciddi təzyiqlərə məruz qaldıqları üçün bu addımı atdıqları iddia olunub.

Xatırladaq ki, Türkiyədəki ötən bələdiyyə və parlament seçkiləri zamanı da MHP-dən BDP-yə keçidlər yaşanmışdı.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR