Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
Bizi izləyin

Dünya

Ukrayna daha bir yaşayış məntəqəsini itirdi

Ukrayna silahlı qüvvələri Luqansk vilayətinin Çernuxino qəsəbəsini tərk edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirib.

Qəsəbəyə separatçılar daxil olub. Çernuxinonun sahəsi 753 hektar təşkil edir. Sülh vaxtı qəsəbədə 6 mindən çox insan yaşayıb.

“Hərbçilərin müşayiəti ilə yanvar ayında maaşları və bütün sosial ödəmələri verdik. Fevralda isə bunu etmək mümkün olmadı. Ətrafda döyüşlər başlayan kimi qəsəbənin sədri qaçdı, insanları taleyin ümidinə buraxdı. O, satqın oldu və indi Çernuxinoya işğalçılarla birlikdə qayıdıb”, - Moskal deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm