CXP namizədindən AKP-yə: “İstanbulu sizə dar edəcəyəm”
Bizi izləyin

Dünya

CXP namizədindən AKP-yə: “İstanbulu sizə dar edəcəyəm”

Mənim asdığım afişaları 15 dəqiqə sonra çırırsınız. Çərşənbə gününə qədər sizə vaxt verirəm. Çərşənbə günündən sonra sizin afişalarınızın yanında bizim afişalarımız da asılacaq.

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına namizədi Mustafa Sarıgül onunla bağlı afişaların AKP-lilər tərəfindən yararsız hala salındığını bildirib.Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, M.Sarıgül afişaları çıranlara İstanbulu dar edəcəyini söyləyib.

Sultanbeylidə tərəfdarları qarşısında çıxış edən CXP namizədi “Buradan Sultanbeyli bələdiyyə başçısına, AKP-yə səslənirəm. Mənim asdığım afişaları 15 dəqiqə sonra çırırsınız. Çərşənbə gününə qədər sizə vaxt verirəm. Çərşənbə günündən sonra sizin afişalarınızın yanında bizim afişalarımız da asılacaq. Əgər həmin afişaları cırsanız, Sultanbeyli və İstanbulu sizə dar edəcəm” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm