Obamaya sərt cavab: “Məntiqsiz və həddi aşan təklifləri qəbul etmirik”
Bizi izləyin

Dünya

Obamaya sərt cavab: “Məntiqsiz və həddi aşan təklifləri qəbul etmirik”

Bu gün ABŞ Konqresində çıxış edəcək İsrailin baş naziri Benyamin Netanyahunun gündəliyindəki əsas məsələ İranın nüvə proqramı olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Netanyahunun əlindəki bu kartı almaq üçün İranın nüvə proqramının 10 il dondurulması təklifi ilə çıxış edib.

Obamanın “Nüvə proqramını on il dondurun” təklifinə Tehrandan sərt reaksiya verilib. İranın yarırəsmi “Fars” xəbər agentliyi hökumətdəki mənbələrə istinad edərək Obamanın təklifini “qəbuledilməz” adlandırıb. “Obamanın bu mövqeyi qəbul edilə bilməz. Təklif nüvə danışıqlarını təhdid edir. İran həddi aşan və məntiqsiz təklifləri qəbul etməyəcək”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm