Dünya
Türkiyənin son sözü
Türkiyənin baş naziri Əhməd Davudoğlu Mosulun İŞİD terror təşkilatından xilas edilməsi əməliyyatlarına ölkəsinin qatılacağı barədə müzakirələrdə son nöqtəni qoyub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Türkiyənin İraq, yaxud da Suriyada gedən isti qarşıdurmalarda tərəf olmayacağını deyib.
“İraqla bağlı 4 təməl siyasətimiz var. Birincisi, Bağdad hökuməti ilə sıx şəkildə əlaqə saxlayırıq. İki gün əvvəl Bağdada iki təyyarə hərbi ləvazimat göndərdik. İkincisi, Şimali İraq kürd regionunda sabitliyi dəstəkləyirik. Türkiyə Silahlı Qüvvələri peşmərgələrə hərbi təlim keçir. Üçüncüsü, türkmənlərin təhlükəsizliyini təmin edəcək şəkildə onlara dəstək veririk. Dördüncüsü isə odur ki, mosulluların öz şəhərlərini azad etməsini istəyirik. Bu da dolayısı ilə sünni-şiə qarşıdurmasına yol açmayacaq. Türkiyə İraq, yaxud da Suriyada gedən isti qarşıdurmada tərəf olmayacaq”, - Davudoğlu söyləyib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Mosul valisi Esil Nuceyfi şəhərinin xilas edilməsi üçün yaz aylarında başlayacağı təxmin edilən əməliyyata Türkiyənin də qatılacağını bildirib.
Esil bildirib ki, Türkiyə Mosul əməliyyatında iştirak etməyə qərar verib. O, Türkiyənin həmçinin silah və sursat göndərəcəyini də iddia edib.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan