Dünya
ABŞ daha bir ölkəyə sanksiya tətbiq etdi
Amerika Birləşmiş Ştatları iddia olunan insan haqları pozuntuları ilə bağlı Venesuelanın 7 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.
Publika.az-ın məlumatına görə, Venesuela polisi başçısının da daxil olduğu siyahıdakı rəsmilərin Amerika şirkətləri ilə bizneslərdən qazandıqları sərvət dondurulub və onların ABŞ-a səfərlərinə qadağan qoyulub.
Bununla bağlı Ağ Evin bəyanatında deyilir ki, ABŞ Venesuela hökumətinin siyasi opponentlərinə qarşı zorakılıqlarından narahatdır.
Bundan iki həftə əvvəl Venesuela ABŞ səfirliyinə işçilərinin sayını əhəmiyyətli dərəcədə ixtisar etmək göstərişi vermişdi. Bazar ertəsi Ağ Ev Venesueladan onlarla da tələbə də daxil bütün siyasi məhbusları azad etməsini tələb etmişdi.
Vaşinqton bildirir ki, Venesuela hökuməti öz hərəkətlərindən diqqəti yayındırmaq məqsədilə ABŞ-ı və dünya ictimaiyyətinin başqa üzvlərini tənqid edir.
Venesuelanın Xarici İşlər Nazirliyi bu ittihamlara tezliklə rəsmi cavab veriləcəyini bildirib.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO