Dünya
Moskvadan “adekvat cavab” vədi
“Rusiya onun sərhədləri yaxınlığında hərbi fəallığın artırılmasına adekvat cavab verəcək”.
Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
“Biz müvafiq olaraq sərhədlərimiz yaxınlığında artan hərbi fəallığa reaksiya verməyə məcburuq. Amma əminik ki, problemlər bərabərhüquqlu dialoq vasitəsilə həll edilməlidir. Rusiya sərhədlərinə yaxın hərbi fəallığın artırılması Avroatlantik məkanda etibarın bərpasına imkan vermir”, - Rusiyanın xarici işlər naziri bildirib.
Qeyd edək ki, ABŞ Baltikyanı ölkələrin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Latviyaya hərbi texnikanın 120-dən çox vahidini verib. “Atlantic Resolve” missiyası çərçivəsində Riqa limanına dünən “M1A2 Abrams” tankları və “M2A3 Bradley” zirehli avtomobilləri çatdırılıb.
Eyni zamanda, dünən Krım sahillərində NATO-ya üzv ölkələrinin hərbi gəmilərinin iştirakı isə hərbi təlimlər başlayıb. Təlimlərdə ABŞ, İtaliya, Almaniya, Kanada, Türkiyə, Bolqarıstan və Rumıniyanın gəmiləri iştirak edir.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan