Donetsk və Luqanska xüsusi status verilir
Bizi izləyin

Dünya

Donetsk və Luqanska xüsusi status verilir

Ukrayna prezidenti Petro Poroshenko parlamentə separatçıların nəzarətində olan bölgələrin hüdudlarının müəyyən edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.

Publika.az-ın məlumatına görə, qanun layihəsi həmin ərazilərə xüsusi status verilməsini nəzərdə tutur. Rada qanun layihəsini bu həftə səsverməyə çıxaracaq.

Qeyd edək ki, Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri arasında fevralın 12-də Minskdə əldə edilən sülh müqaviləsinin şərtlərinə əsasən, Ukrayna Parlamentindən Donetsk və Luqansk vilayətlərinin xüsusi statusunun tanınması tələb edilir.

Özlərini bu ərazilərin lideri elan edən Aleksandr Zaxarçenko və İqor Plotnitski martın 13-də Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkeli Minsk razılaşmasının şərtlərinə əməl etməsi üçün Kiyevə təziq göstərməyə çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm