Dünya
Abdullah Gül prezident olmağa hazırlaşır – İDDİA
Türkiyənin keçmiş prezidenti Abdullah Gül siyasi partiya qurmağa hazırlaşır.
Publika.az xəbər verir ki, belə bir iddia ilə Abdullah Gülün keçmiş məsləhətçisi, “Yeni Çağ” qəzetinin yazarı Əhməd Takan köşə yazısında bildirib.
O, həmçinin iddia edib ki, Gül 2019-cu il prezident seçkisində namizəd olacaq. Baş nazirin müavini Bülent Arınçın yeni partiyanın qurulmasına dəstək verdiyini yazan Takanın sözlərinə görə, yeni partiya üçün AKP-nin yaradılmasında istifadə olunan metodlar tətbiq olunur. Deyilənə görə, Gül “Partiyanın proqramına Ərdoğanın bu günə qədər etdiklərinin əksini və AKP-nin edə bilmədiklərini yazın” şəklində təlimat verib.
Gülün yeni partiyaya sədrlik edib-etməyəcəyinin hələ dəqiqləşmədiyini yazan Takan qeyd edib ki, dəqiqləşən bir şey var: “Bu da Abdullah Gülün 2019-cu ildə prezidentliyə namizəd olması barədə planlar qurmasıdır”.
Ömər Dağlı
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan