Rusiya yandı, Çini də yandırdı
Bizi izləyin

Dünya

Rusiya yandı, Çini də yandırdı

Rusiyada baş verən meşə yanğınları Çinin ərazisinə keçib.

Publika.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi bildirib.

Yanğın ölkənin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunu tutub. Agentliyin məlumatına görə, təbii hadisədən 97 ailə zərər çəkib. Qeyd edilir ki, dəyən iqtisadi zərər 20 milyon yuan (təxminən 3,2 milyon dollar) qiymətləndirilir.

Hökumətin ilkin məlumatına əsasən, yanğın nəticəsində 30 yaşayış evi, 55 tövlə, xeyli sayda avtomobil, həmçinin yem ehtiyatı yanıb. Yanğınların söndürülməsinə 660-dan çox insan cəlb edilib.

Məlumata görə, Rusiyanın Zabaykalye diyarında bu gün 24 min hektar ərazidə 86 meşə yanğını qeydə alınıb. Yanğınların söndürülməsi üçün 1600 nəfər işləyir. Zabaykalye diyarında 25 mart tarixindən fövqəladə vəziyyət və yanğına qarşı xüsusi rejim qüvvədədir. Regionda meşə yanğınları nəticəsində üç insan həlak olub, 500-dən çox insanın yaşadığı 153 ev yanıb. Yanğınların yayıldığı bölgədən 1600-dən çox insan təxliyyə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm