ABŞ Yanukoviçin istefasını istəmədi - Şok
Bizi izləyin

Dünya

ABŞ Yanukoviçin istefasını istəmədi - Şok

Yanukoviç istefaya getməməlidir.“Axar.az” xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet çıxış edib.

O, məhz Yanukoviçin Ukraynanı gələcəyə aparmağa qadir olduğunu deyib. “Biz fikirləşirik ki, Yanukoviç istefaya getməməlidir. O, xalqının gələcəyini müəyyən etməlidir. Bu isə yeni hökumət, konstitusiya və siyasi sistemdən asılıdır. ABŞ Ukraynada Yanukoviçin istefaya getməsini istəmir”.

Qeyd edək ki, səfirin sözlərinə baxmayaraq, ABŞ Ukrayna dövlət rəsmilərinə sanksiyalar tətbiq etməyə hazırlaşır. Rəsmi Vaşinqton indiyə qədər Yanukoviç hakimiyyətinə qarşı sərt çıxış edən əsas dövlətlərdən biri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm