Fransada Xocalı anım konserti təşkil ediləcək
Bizi izləyin

Dünya

Fransada Xocalı anım konserti təşkil ediləcək

Fransada Xocalı anım konserti təşkil ediləcək

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) fevralın 24-də Avropanın bir sıra şəhərlərində olduğu kimi, Parisdə 18-ci əsrə aid Eglise Saint-Roch kilsəsində Xocalı anım konserti təşkil edəcək.

Bu müqəddəs məbəddə baş tutacaq anım konserti ilə 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qətliamın 613 qurbanının əziz xatirəsi yad olunacaq.

Tədbirdə tanınmış skripkaçı Sabina Rakçayeva, klarnet ifaçısı Kinan Azmeh ilə birlikdə, simli kvartet, o cümlədən skripkaçı Nəzrin Rəşidova rəhbərlik etdiyi DeMusa ansamblı ilə çıxış edəcəklər.

Konsertdə fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa olunacaq. Tədbirə Parisdə yaşayan azərbaycanlılar, Fransa ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar və diplomatik korpusun nümayəndələri dəvət edilib.

Bu anım mərasimi ərəfəsində Fransadakı erməni diasporunun radikal hissəsi tərəfindən əks təbliğat və təhdidlər başlayıb. Fransadakı əsas erməni internet saytında bu tədbirin pozulması üçün hansı üsullardan və necə istifadə edilməsinə dair qızışdırıcı debatlar təşkil edilib.

Bu debatlar zamanı tədbirin təşkilatçılarının ünvanına təhqiramiz və böhtan dolu ifadələr işlədilib. Bununla eyni zamanda, TEAS əməkdaşları və tədbirlə bağlı olan insanların ünvanına hədə-qorxular edilməkdədir. TEAS yaranmış vəziyyətdən ciddi narahatçılığını bildirir. Özlərini bu kimi təhrikedici şəkildə ifadə edən insanlardan əməllərinə görə məsuliyyət daşımalarını gözləyir və Xocalı qətliamı qurbanlarının mədəni anım tədbiri vasitəsi ilə yad edilməsi mərasiminin təşkilinə hörmətlə yanaşmağa çağırır.

TEAS-ın direktoru Lionel Zetter bu barədə deyib: "Fransa konfliktin həll edilməsinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu çox liberal demokratik ölkədir və özünün "azadlığın, bərabərliyin, qardaşlığın" beşiyi olması ilə fəxr edir. Biz əminik ki, Fransa hakimiyyəti bu dəyərli anım tədbirinin heç bir maneəsiz və müdaxiləsiz baş tutmasına nail olacaq. Fransada yaşayan ermənilərin böyük əksəriyyəti konfliktin sülh yolu ilə həll edilməsini istəyir.

Çox təəsüfedici haldır ki, bəzi davakar düşüncəli radikallar məsələnin sülh yolu ilə həllində maraqlı deyil. TEAS-ın əməkdaşları və bu tədbirlə bağlı olan digər insanların narahat edilməsi və hədə-qorxuya məruz qalması tamamilə qəbul edilməzdir." (AzərTac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm