Jirinovskinin Ukrayna ilə bağlı xüsusi planı var
Bizi izləyin

Dünya

Jirinovskinin Ukrayna ilə bağlı xüsusi planı var

“Ukraynada yaşayan bütün ruslara Rusiya pasportları verilməlidir”.Publika.Az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu tələbi Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında etdiyi çıxışında səsləndirib.

Partiya lideri həmçinin bildirib ki, Rusiya vətəndaşlığı onu arzu edən ukraynalılara da verilə bilər. Xatırladaq ki, liberal-demokratlar Ukraynadakı səfirlik və Xarkov konsulluğunda ruslara Rusiya pasportlarının verilməsi çağırışı ilə dəfələrlə çıxış edib.

Dünən isə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin üzvü, Liberal-Demokrat Partiyasının üzvü İlya Drozdov Ukaynada yaşayan ruslar və onların ailə üzvlərinin Rusiya vətəndaşlığını alınmasını sadələşdirməyi nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm