ABŞ-dan açıqlama: “Ərdoğanın səs yazıları montajdır”
Bizi izləyin

Dünya

ABŞ-dan açıqlama: “Ərdoğanın səs yazıları montajdır”

AKP dünən gecə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanla oğlu Bilal Ərdoğana aid olduğu iddia edilərək internetdə yayımlanan səs yazısını ABŞ-dakı bir səs studiyasında analiz etdirib və mövzu haqda hesabat alıb.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, studiyada aparılan işlər nəticəsində verilən hesabatda “səs yazısının montaj olduğu, səs yazısındakı səslərin kəsilib yapışdırılmış və kompüterdə əlavələr edilmiş olduğu” bildirilib.

Hesabatda “səs yazısındakı qırılmaların tək-tək təhlil edildiyi, səs yazısında bəzi yerlərdə iki sözün tək söz halına gətirildiyi” də qeyd edilib. Studiyanın AKP-yə çatdırdığı hesabatda “əksik sözlərin kompüter səsləndirməsi ilə tamamlandığı” faktı da ortaya çıxıb. Səs yazıları haqqında detallı qeydlər aparılaraq yaradılan hesabatın qısa müddətdə Baş nazir Ərdoğana təqdim ediləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm