Yeni baş nazir kimdir? -Siyasi-portret
Bizi izləyin

Dünya

Yeni baş nazir kimdir? -Siyasi-portret

Ukraynada keçid hökumətinin baş naziri təyin edilmiş müxalifət lideri Arseni Yatsenyuk bundan öncə ölkənin xarici işlər naziri vəzifəsini tutub. O, Qərb tərəfdarı olan siyasətçi Yuliya Timoşenkonun yaxın müttəfiqidir.

Publika .Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Ukrayna müxalifətinin aparıcı üç liderindən biri olan Arseni Yatsenyuk yeni hökumətin müflis olmaq həddinə çatmış iqtisadiyyatı sabitləşdirmək üçün olduqca qeyri-populyar addımlar atmağa hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib. “Biz fəlakət həddindədiyik və bu, siyasi intiharçılar hökumətidir. Cəhənnəmə xoş gəlmişsiniz”- deyə o, BBC radiosuna müsahibəsində deyib.

39 yaşlı Arseni Yatsenyuk Ukraynanın qərbində yerləşən Çernovtsı şəhərində ziyalı ailəsində anadan olub. O, son 10 ildə Ukrayna Milli Bankının başçısı vəzifəsini yerinə yetirib. Yatsenyuk 2007-ci ildə prezident Viktor Yuşşenko dövrü qanunvericilər tərəfindən parlamentin spikeri seçilib, lakin bir ildən az müddətdən sonra paytaxtda siyasi çəkişmələr zamanı istefa verib.

Keçən ay müxalifət qüvvələri Kiyevdə etiraz nümayişləri keçirən zaman Rusiya tərəfdarı prezident Viktor Yanukoviç “Batkovşina” partiyasının lideri olan Yatsenyuku öz tərəfinə çəkməyə cəhd göstərmişdi. Viktor Yanukoviç ona baş nazir vəzifəsi təklif etmiş, lakin Yatsenyuk imtina edərək, ölkənin gələcəyini hökumət rəsmilərinin deyil, Ukrayna xalqının müəyyən etməli olduğunu demişdi.

Təhlilçilər mayın 25-ə təyin olunmuş seçkilərdən sonra müvəqqəti hökumətin tərkibinin ciddi şəkildə dəyişə biləcəyini deyirlər, buna görə də Arseni Yatsenuykun siyasi gələcəyi qeyri-müyyəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm