Ukraynanın 80 yaşlı keçmiş prezidenti silaha sarılmağa hazırdır
Bizi izləyin

Dünya

Ukraynanın 80 yaşlı keçmiş prezidenti silaha sarılmağa hazırdır

“Mənim 80 yaşım var. Amma Ukrayna naminə Rusiyaya qarşı döyüşmək üçün mən də əlimə silah götürüb döyüşməyə hazıram”.

“Mənim 80 yaşım var. Amma Ukrayna naminə Rusiyaya qarşı döyüşmək üçün mən də əlimə silah götürüb döyüşməyə hazıram”.

Virtualaz.org saytı Rusiya nəşrlərinə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk ölkəsinin üzləşdiyi rus təcavüzü təhlükəsini şərh edərkən deyib.

“Hələ indiyə qədər heç bir rusiyalı biz ukraynalıların,- ruslar bizə benderlər deyir,- əlində ölməyib. Blə fakt yoxdur. Amma digər faktlar var. Krım bu gün Rusiya qoşunları tərəfindən işğal olunub. Ruslar bizim hərbi hissələri mühasirəyə alıblar, Sevastopoldakı Belbek aeroportunu dağıdıblar. Krım hazırda rus hərbçilərinin nəfəsi altında yaşayır. Ruslar Krımı işğal ediblər. Bu, faktiki olaraq işğaldır, təcavüzdür” - deyə L.Kravçuk bildirib.

Sabiq prezident Rusiyanı işğalı dayandırmağa çağırıb: “Bizim xalqlar arasında müharibə ola bilməz. Rusiya və Putin doğrudanmı anlamırlar ki, onlar tarixə təcavüzkar kimi düşə, bu isə III dünya müharibəsinin başlanğıcı ola bilər?” - deyə L.Kravçuk təəccübünü ifadə edib.

O daha sonra deyib: “Mənim ulu babam və babam I dünya müharibəsi zamanı Rusiya ilə, ruslarla çiyin-çiyinə döyüşüblər. Onların çardan aldıqları mükafatlar da var. 80 yaşım olsa da mən də əlimə silah götürüb Ukrayna üçün vuruşacağam. Hər bir vətəndaş öz ölkəsini özünün evi, ailəsi kimi qoruyacaq. Bunu hamı bilsin!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm