Putin “soyqırım” üçün İrəvana gedəcək - TƏSDİQ
Bizi izləyin

Dünya

Putin “soyqırım” üçün İrəvana gedəcək - TƏSDİQ

Rusiya prezidenti Vladimir Putin 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı 24 apreldə İrəvanda keçiriləcək tədbirlərdə iştirak edəcək.

Publika.az “Kommersant.net” saytına istinadən xəbər verir ki, bu barədə Kremlin saytında dərc edilmiş xəbərdə deyilir.

Qeyd edilir ki, Rusiya liderinin səfəri Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə olacaq.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq. Görüşdə ikitərəfli və inteqrasiya qurumlarında qarşılıqlı münasibətlər, həmçinin aktual regional və beynəlxalq mövzuların müzakirə olunması gözlənilir”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm