Ermənilər arxivlərini irlandiyalı tarixçidən gizlədi
Bizi izləyin

Dünya

Ermənilər arxivlərini irlandiyalı tarixçidən gizlədi

1915-ci il hadisələri ilə bağlı araşdırmalar aparan Avrasiya Araşdırmaları Mərkəzinin (OVUM) əməkdaşı, fransalı tarixçi Maksim Gauin “erməni soyqırımı” iddiaları və arxivlərin açılması təkliflərinə toxunub.

Publika.az xəbər verir ki, fransız tarixçi “Anadolu” informasiya agentliyinə açıqlamasında Ermənistan, ABŞ və Fransadakı arxivləri görmək istədiyini, ancaq müsbət cavab ala bilmədiyini deyib.

“Bizə bunun ya mümkün olmadığını deyirlər, ya da ümumiyyətlər cavab ala bilmirik. Amma Türkiyənin arxivləri ilə bağlı heç bir problem yoxdur. Türkiyə Ermənistan ilə əlaqələri normallaşdırmaq üçün əlindən gələni edib. İndi Ermənistan hökumətinin irəli addım atma zamanıdır. Ancaq Ermənistan hökumətinin əlaqələrin normallaşmasını istəmədiyini düşünürəm. Çünki Ermənistan prezidenti Serj Sarkisyan hər zaman torpaq iddialarının yer aldığı bəyanatlarla çıxış edib”, - o söyləyib.

1915-ci ildə baş verənlərin müsəlmanlar üçün də faciə olduğunu deyən irlandiyalı tarixçi Patrik Vals qeyd edib ki, hadisələrin təməlində Rusiya kimi böyük güclərin yatdığını hər kəs bilir. Türkiyənin barışıq üçün atdığı addımların əhəmiyyətinə diqqət çəkən Vals 1915-ci il hadisələrində yalnız ermənilərin deyil, türklər və kürdlərin də zərər çəkdiyini ifadə edib.

Ermənilərin 1915-ci ildə qumar oynadığını iddia edən irlandiyalı tarixçi Osmanlı imperiyasında yaşayan ermənilərin bir sıra dövlətlərin təsiri ilə qiyam qaldırdığını və erməni dövlətini yaratmağı qarşısına məqsəd qoyduqlarını vurğulayıb. “Erməni dövlətinin yaradılması mümkün deyildi, çünki erməni əhalisi Anadolunun şərqində azlıqda idi. İri dövlətlər ermənilərdən çox ağıllı şəkildə istifadə etdilər. Ermənilər isə onlara güvənərək qumar oynadı”, - Vals deyib.

Rusiya ilə yanaşı, İngiltərənin də 1915-ci il hadisələrinin təsirinə toxunan Patrik Vals İngiltərənin XX əsrin əvvəlindən başlayaraq bölgədə qeyri-sabit vəziyyətin yaranmasına səbəb olduğunu dilə gətirib: “Almaniyanı məğlub etmək istəyən İngiltərənin 1907-ci ildə Rusiya ilə əldə etdiyi razılaşma bütün bölgəyə təsir etdi. Razılaşma çərçivəsində Rusiyanın Osmanlı imperiyasına girişinə “yaşıl işıq” yandırıldı. Ermənilər isə razılaşmanı “Osmanlı məhv ediləcək və öz torpaqlarımız olacaq” şəklində şərh edərək qiyamlara başladılar. Buna görə də 1915-ci il hadisələrinə səbəb olan faktorlardan birinin XX əsrin əvvəlində İngiltərənin xarici siyasətində baş verən dəyişiklərin olduğunu düşünürəm”.

Son olaraq “Erməni üsyanı” adlı kitab yazan Vals araşdırma apararkən Osmanlı arxivlərinə giriş əldə etdiyini, ancaq erməni arxivlərin əlçatmaz olduğunu dilə gətirib.

Qeyd edək ki, Türkiyə tərəflərin arxivləri ilə yanaşı, üçüncü ölkələrin arxivlərində də 1915-ci il hadisələri ilə bağlı araşdırmaların aparılmasını, türk və erməni tarixçilərlə yanaşı, digər ölkələrin mütəxəssislərindən ibarət ortaq tarix komissiyasının qurulmasını təklif edir. Ermənistan isə bütün bu təklifləri geri çevirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm