Dünya
Vyetnam sakini planetin ən yaşlı qadını elan olunub
Dünya rekordları akademiyası 122 yaşlı Vyetnam sakini
Nquen Txi Çunun Yer kürəsində ən yaşlı qadın olduğunu
təsdiqləyib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu
yaxınlara qədər dünyanın ən yaşlı qadını yaponiyalı Misao Okava
sayılırdı. O, bu il aprelın 1-də 117 yaşında vəfat edib. Bundan
sonra titul amerikalı Gertrud Uiverə keçib. Lakin o da bu adı
aldıqdan bir həftə sonra həyatını itirib.
“Vyetnam rekordları” təşkilatının sədri Le Çan Çıonq vyetnamlı
Nquen Txi Çunun yaponiyalı Okavadan 5 yaş böyük olmasına
baxmayaraq, onun yaşının yalnız indi rəsmən təsdiqini tapdığını
deyib.
Nquen Txi Çunun şəxsiyyətini təsdiqləyən sənəddə onun 1893-cü il
mayın 4-də anadan olduğu qeyd edilib. Xoşimin şəhərinin kənarında
75 yaşlı kiçik oğlunun ailəsi ilə birgə yaşayan qadın hələ ki,
sağlamlığından şikayət etmir.
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi