İtaliyada ilk ekskrementlər muzeyi açılıb
Bizi izləyin

Dünya

İtaliyada ilk ekskrementlər muzeyi açılıb

İtaliyanın Pyaçensa vilayətinin Kastelboska kəndində ölkədə ilk ekskrementlər (insan və heyvanın bərk və duru ifrazatı) muzeyi açılıb.

Publika.az “The Local” nəşrinə istinadən xəbər verir ki, yerli fermer Djanantonio Lokatelli ekspozisiyanın müəllifidir.

Üç min baş böyük buynuzlu mal-qaranın olduğu təsərrüfat hər gün təxminən 100 ton peyin istehsal edir. Fermer qeyd edir ki, bu ifrazatın böyük hissəsi gübrə olaraq istifadə olunur. Peyinin bir hissəsi isə tikinti materiallarının istehsalı üçün xammal kimi istifadə edilir.

Muzeydə ekskrementlərə həsr edilən artefaktlar və incəsənət əsərləri təqdim olunub. Ekspozisiyanın əsas yerlərindən birini qədim Misirdə ilahiləşdirilən peyin böcəyi tutub. Lokatellinin fikrincə, muzey hətta ifrazatların belə faydalı ola biləcəyini göstərməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm