Ukraynaya narkotikləri leqallaşdırmaq təklif olundu
Bizi izləyin

Dünya

Ukraynaya narkotikləri leqallaşdırmaq təklif olundu

Britaniyalı milyarder, “Virgin Group” korporasiyasının banisi Riçard Brenson Ukraynaya narkotikləri leqallaşdırmağı təklif edib.

Publika.az “The Insider” nəşrinə istinadən xəbər verir ki, milyarder təklifi Kiyev-Moqilyan Akademiyasında tələbələr qarşısında çıxışı zamanı səsləndirib.

Riçard Brensonun sözlərinə görə, narkomaniya problemini həll etmək marixuananın satışının qanuniləşdirilməsi yolu ilə mümkündür. O, ABŞ-ın 20-dən çox ştatında bunun edildiyini bildirib. Milyarder həmçinin Portuqaliyanı nümunə göstərib. “Portuqaliyada narkomanlar üçün dövlət klinikaları açılıb. Burada təmiz iynələr almaq mümkündür. Bu həm də dövlətə həbsxanada narkomanların saxlanılmasından daha ucuz başa gəlir”, - o, deyib.

Qeyd edək ki, həkimin təlimatı üzrə marixuanadan istifadə ABŞ-ın 23 ştatı və Kolumbiya dairəsində leqallaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm